Rusiyalı futbolçunu qucaqladı, azarkeşlər qəzəbləndi - FOTOLAR 

Əziz Əzizli
Rusiyalı futbolçunu qucaqladı, azarkeşlər qəzəbləndi - FOTOLAR 

Dünən Fransa Liqa 1-də "Marsel" "Monako" klubunu qəbul edib.

"Operativ Media" xəbər verir ki, futbol üzrə Ukrayna milli komandasının üzvü, hazırda Fransa çempionatında "Marsel"in şərəfini qoruyan Ruslan Malinovski dünən "Monako" ilə keçirdiyi oyunun sonunda tənqidlərə səbəb olan addım atıb. Belə ki, oyun başa çatdıqdan sonra o, "Monako"da çıxış edən rusiyalı futbolçu Aleksandr Qolovinə yaxınlaşıb və onlar qucaqlaşıblar. Bu epizod canlı yayıma düşməsə də, o anın fotosu sosial mediada gündəm olub. Ukraynalı sosial şəbəkə istifadəçiləri futbolçunun instaqram hesabındakı son paylaşımında onu kəskin tənqid ediblər. R.Malinovski bu addımına görə Rusiya xalqından üzr istəyib. 

Yeri gəlmişkən, oyun 1-1 hesabı ilə başa çatıb.

Şəkil Qalereyası

Rusiyalı futbolçunu qucaqladı, azarkeşlər qəzəbləndi - FOTOLAR  - Şəkil 1
Rusiyalı futbolçunu qucaqladı, azarkeşlər qəzəbləndi - FOTOLAR  - Şəkil 2
Rusiyalı futbolçunu qucaqladı, azarkeşlər qəzəbləndi - FOTOLAR  - Şəkil 3

Digər xəbərlər