"Şamaxı" ilə oyunun hazırlıqlarını davam etdirən "Qarabağ" klubunun baş məşqçisi Qurban Qurbanov transfer məsələlərindən danışıb.
"Operativ Media" xəbər verir ki, Qurban Qurbanov yeni transferlər haqqında danışarkən bunları qeyd edib.
"Əlavə bir oyunçu ilə danışıqlar gedir. Artıq biz 3 transfer etmişik. Əgər transfer alınarsa bir meydandan olan futbolçu transfer etmək istəyirik. Bu alınmadığı halda daha aktiv qapıçılarla danışıqlar gedir. Əfsuslar olsun ki tam istədiyimiz kimi irəliləyiş yoxdur. Son günə kimi danışıqlarımız davam edəcək. "Gent"lə oyuna yeni transferlərdən ikisi hazır olacaq. Son transferimiz Yassin Benziya komandaya gec qoşulduğu üçün hazır olma ehtimalı aşağıdır".