Fevral ayı üzrə pensiya ödənişləri yekunlaşıb

Nərmin Qocamanlı
Fevral ayı üzrə pensiya ödənişləri yekunlaşıb
DSMF: Fevral ayı üçün pensiyalar ödənilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu (DSMF) tərəfindən ölkə üzrə fevral ayının pensiya ödənişləri yekunlaşdırılıb.

Operativ Media  xəbər verir ki, bu barədə DSMF məlumat yayıb.

Bildirilib ki, fevralın 11-də Bakı və Sumqayıt şəhərlərində, Abşeron rayonunda, bu gün isə ölkənin bölgələrində yaşayan şəxslərin fevral ayı üzrə pensiyaları, habelə güzəştli şərtlərlə təyin edilmiş pensiyalar ödənilib.

Digər xəbərlər