Bakının məşhur restoranlarında 8 mart üçün depozit qiymətləri - SİYAHI

Nərmin Qocamanlı
Bakının məşhur restoranlarında 8 mart üçün depozit qiymətləri - SİYAHI
Bakının bir sıra məşhur restoranlarında 8 mart üçün depozit qiymətləri 50-200 AZN arası dəyişir.

Restoranlar xüsusi təkliflər, bayram menyuları və canlı musiqi proqramları ilə müştəriləri cəlb etməyə çalışırlar. Lakin son illərdə xüsusi günlərdə bir çox restoranlar depozit tətbiq edirlər. Restoranların depozit sistemi tətbiq etməsi müştərilər arasında müzakirələrə səbəb olur.

Operativ Media Bakıda yerləşən məşhur restoranların depozit qiymətlərini araşdırıb.

Qiymətlər məkanda əyləşmə yerinə və menyu tərkibinə görə fərqlənir. Paytaxt restoranlarında adambaşı depozit qiyməti 50-200 AZN arası dəyişməkdədir.

Bakıda 10 məhşur restoranın 8 mart Beynəlxalq Qadınlar günü ilə əlaqədar depozit qiymətlərini təqdim edirik:

- Səbail rayonu, neftçilər prospekti 24/1 yerləşən “CHAYKİ” restoranında 1 nəfər üçün depozit qiyməti 80 AZN təşkil edir.

- Səbail rayonu Bayraq Meydanına yaxın ərazidə yerləşən “Ruby360” restoranında 1 nəfər üçün depozit qiyməti pəncərə kənarı 150, orta masalar isə 100 AZN fix menyu ilə təşkil edir.

- İlyas Əfəndiyev küçəsi ilə kəsişmədə yerləşən “Natavan” restoranında 2 nəfər üçün depozit qiyməti 150 AZN təşkil edir.

-Şıxov qəsəbəsi, Green City Seaside-də yerləşən “Ada” restoranında 1 nəfər üçün depozit qiyməti 120 AZN təşkil edir.

- Hilton Baku-da yerləşən “SKY GİRL” restoranında 1 nəfər üçün depozit qiyməti 130, gözəl mənzərəli masalar isə 150 AZN təşkil edir.

- Hilton Bakuda yerləşən “360 Bar” restoranında  1 nəfər üçün depozit qiyməti 130, divan yerləri isə 150 AZN təşkil edir.

- Tbilisi prospektində yerləşən “Glass” restoranında 1 nəfər üçün depozit qiyməti fiks-menyu ilə 100 AZN təşkil edir.

- Dağüstü park ərazisində yerləşən “Manzara” restoranında 1 nəfər üçün depozit qiyməti pəncərə önü masalarda 200 azn, orta masalarda 150 AZN təşkil edir.

-  Akademik Abbaszadə küçəsi 2-də yerləşən “Tower Terrace” restoranında 2 nəfər üçün fiks-menyu ilə depozit qiyməti 220 AZN təşkil edir.

- Park Bulvarın 1-ci mərtəbəsində yerləşən “Montenapoleoncafe” də isə 1 nəfər üçün depozit qiyməti 100 AZN təşkil edir.

Digər xəbərlər