Gəncədə topdansatış mağazasında saxta alkoqollu içkilər aşkarlanıb

Operativ Media
Gəncədə  topdansatış mağazasında saxta alkoqollu içkilər aşkarlanıb

Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Gəncə şəhəri, H.Əliyev prospekti, ev 73 ünvanında fəaliyyət göstərən, fiziki şəxs Abdullayev Pərviz Təvəkkül oğluna məxsus topdansatış mağazasında yoxlama keçirib.

Operativ Media xəbər verir ki, bu barədə AQTA məlumat yayıb.

Baxış zamanı satış sahəsində aşkar saxtalaşdırma əlamətləri olan “Organic Росинка” əmtəə nişanlı 98 ədəd 0.7 litrlik, 112 ədəd 0.5 litrlik alkoqollu içki aşkarlanıb. Belə ki, içkilərin başlıq hissəsinin təkrar bərkidildiyi, istehsal tarixləri və istehsalçı barədə məlumatların qeyd olunmadığı, saxta VÖEN göstərildiyi, müşayiətedici sənədlərinin olmadığı müəyyən edilib. Məhsullardan nümunələr götürülərək laborator müayinələrə cəlb olunub.

Faktla bağlı sahibkar barəsində qanunvericiliyə uyğun tədbirlər görülüb. Araşdırmalar davam etdirilir.

Şəkil Qalereyası

Gəncədə  topdansatış mağazasında saxta alkoqollu içkilər aşkarlanıb - Şəkil 1
Gəncədə  topdansatış mağazasında saxta alkoqollu içkilər aşkarlanıb - Şəkil 2
Gəncədə  topdansatış mağazasında saxta alkoqollu içkilər aşkarlanıb - Şəkil 3

Digər xəbərlər