Menyu

AMB uçot dərəcəsini sabit saxlayıb

Operativ Media
AMB uçot dərəcəsini sabit saxlayıb

Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin qərarına əsasən uçot dərəcəsi 7%, faiz dəhlizinin aşağı həddi 6%, faiz dəhlizinin yuxarı həddi isə 8% səviyyəsində dəyişməz saxlanılıb.

Operativ Media xəbər verir ki, bu barədə AMB sədri Taleh Kazımov öz "X" hesabında etdiyi paylaşımda bildirib.

"Faiz dəhlizi ilə bağlı qərarın qəbulu zamanı faktiki və gözlənilən inflyasiyanın hədəf intervalı (4±2%) ilə uzlaşması, qlobal iqtisadiyyat və maliyyə bazarlarındakı mövcud şərait, daxili makroiqtisadi meyillər, eləcə də pul siyasəti qərarlarının real sektora ötürücülüyünün xüsusiyyətləri əsas götürülüb", - paylaşımda qeyd olunub.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər