İmişlidə bir ailənin 3 üzvü dəm qazından boğularaq ölüb - YENİLƏNİB

Əziz Əzizli
İmişlidə bir ailənin 3 üzvü dəm qazından boğularaq ölüb - YENİLƏNİB
İmişlidə bir ailənin 3 üzvü dəm qazından boğularaq ölüb, daha biri xəstəxanaya yerləşdirilib.

İmişli rayonunda dəm qazından zəhərlənənin şəxsin kimliyi məlum olub. 

"Operativ Media" xəbər verir ki, TƏBİB onun səhhəti ilə bağlı açıqlama verib. 

1989-cu il təvəllüdlü Vasif Azadov bu gün saat 21:30 radələrində dəm qazından zəhərlənmə şübhəsilə 1989-cu il təvəllüdlü şəxs (kişi cinsli) İmişli Rayon Mərkəzi Xəstəxanasının Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Ona qazdan zəhərlənmə diaqnozu təyin edilib. Hazırda yaralının müalicəsi müvafiq şöbədə davam etdirilir. Vəziyyəti ağır qiymətləndirilir.

Ölən şəxslərin kimliyi dəqiqləşdirilir.

***

23:04

İmişlidə bir ailənin 3 üzvü yaşadıqları mənzildə dəm qazından boğularaq ölüb, ikisi ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

"Operativ Media" xəbər verir ki, hadisə İmişli rayonunun Bəhrəmtəpə qəsəbəsində qeydə alınıb.

Faktla bağlı hüquq-mühafizə orqanları araşdırma aparırlar.

Digər xəbərlər