Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Argentinaya başsağlığı verib.
Operativ Media xəbər verir ki, bu barədə XİN məlumat yayıb.
"Argentinada çoxlu insanın ölümünə, bir neçə nəfərin itkin düşməsinə və infrastruktura böyük ziyan vurmasına səbəb olan dağıdıcı daşqınlardan zərər çəkən hər kəsə dərin hüznlə başsağlığı veririk.
Biz bu fəlakətdən ən çox zərər çəkmiş icmaların tez və effektiv sağalmasına və normal vəziyyətin daha tez bərpasına ümid edirik.", - məlumatda qeyd edilib.
Qeyd edək ki, Argentinada güclü yağışların səbəb olduğu daşqınlar nəticəsində ölənlərin sayı 13 nəfərə çatıb.
Yerli medianın məlumatına görə, şəhərdə təxliyə edilənlərin sayı 900-ü keçib.






