Bank kartlarından oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb 

Nərmin Qocamanlı
Bank kartlarından oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb 

Paytaxt ərazisində ayrı-ayrı vətəndaşlara məxsus bank kartlarından müxtəlif məbləğlərdə pulun oğurlanması barədə polisə məlumat daxil olub. 

DİN-nin mətbuat xidmətindən "Operativ Media"ya verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlində şübhəli bilinən Bakı şəhər sakini, 21 yaşlı Surət Əliyev müəyyən olunaraq saxlanılıb. 

Araşdırmalarla onun eyni üsulla 5 nəfərin bank hesabından 4 min manata yaxın vəsaiti oğurlaması müəyyən olunub.

Araşdırmalar davam etdirilir.

Digər xəbərlər