Ermənistan Milli Təhlükəsizlik Xidmətinin Sərhəd Qoşunları bölməsinin müddətli həqiqi hərbi xidmət qulluqçusu A.A. Sünik vilayətində, ilkin məlumata görə, ona təhkim edilmiş avtomatdan açılan güllə nəticəsində ölüb.
Operativ Media xəbər verir ki, bu barədə Ermənistan Milli Təhlükəsizlik Xidmətinin mətbuat xidməti məlumat yayıb.
Hadisənin baş vermə şəraitinin aydınlaşdırılması üçün cinayət işi açılıb, ibtidai istintaq aparılır.
19:30
Ermənistanın Sünik vilayətində erməni sərhədçi minaya düşüb.
Operativ Media xəbər verir ki, bu barədə Ermənistan KİV məlumat yayıb.
İnsident nəticəsində sərhədçi ölüb.
Hadisənin necə və hansı şəraitdə baş verdiyi açıqlanmır.
Ermənistanın İstintaq Komitəsi sərhədçinin öldüyünü təsdiqləsə də, əlavə məlumat verməyib.






