Yəmənin "Ənsar Allah" üsyançı hərəkatının husiləri İsrailin Nevatimdəki aviabazasına "hipersonik ballistik raket"lə hücum edib.
Operativ Media xəbər verir ki, bu barədə üsyançıların hərbi sözçüsü Yəhya Sariya məlumat verib.
"Yəmən silahlı qüvvələrinin raket qüvvələri hərbi əməliyyat keçirərək işğal altındakı Fələstinin cənubundakı Negev bölgəsindəki Nevatim aviabazasına "Fələstin-2" hipersəs ballistik raketi ilə hücum edib”, o, Husilərə məxsus "Əl Məsirə" telekanalında deyib .






