ABŞ-İran danışıqları gələn həftə davam edəcək.
Operativ Media xəbər verir ki, bu barədə Omanın xarici işlər naziri Bədr Əl-Busaidinin sosial media platformasında məlumat paylaşılıb.
Növbəti görüşün mayın 3-də baş tutması planlaşdırılır.
***
18:11
Tehran və Vaşinqton arasında İranın nüvə proqramı ətrafında yaranmış böhranın həllinə dair Omanda danışıqların üçüncü raundu keçirilib.
Operativ Media xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Məlumata görə, İran və ABŞ-dən olan ekspertlərdən ibarət nümayəndə heyətləri gələcək razılaşma ilə bağlı hər iki tərəfin gözləntiləri və tələbləri ilə bağlı bəzi detalları dəqiqləşdirə biliblər.






