ABŞ-ın Yəmənə endirdiyi zərbə nəticəsində ölənlərin sayı 68-ə çatıb - YENİLƏNİB

Nərmin Qocamanlı
ABŞ-ın Yəmənə endirdiyi zərbə nəticəsində ölənlərin sayı 68-ə çatıb - YENİLƏNİB
Partlayış xüsusilə Afrika ölkələrindən olan miqrantların saxlanma məntəqəsinin yerləşdiyi cəzaçəkmə müəssisəsini hədəf alıb.

ABŞ-ın Yəmənə endirdiyi zərbə nəticəsində ölənlərin sayı 68-ə çatıb.

Operativ Media xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

***
08:38

ABŞ Hərbi Hava Qüvvələri Yəmənin şimal-qərbində eyniadlı əyalətin inzibati mərkəzi olan Səada şəhərinə zərbələr endirib.

Operativ Media xəbər verir ki, bu barədə Yəmənin "Ənsar Allah" hərəkatının husi üsyançılarının nəzarətində olan "Al Masirah" telekanalı məlumat yayıb.

Məlumata görə, partlayış xüsusilə Afrika ölkələrindən olan miqrantların saxlanma məntəqəsinin yerləşdiyi cəzaçəkmə müəssisəsini hədəf alıb. İlkin məlumata görə, ölən və yaralananların sayı onlarladır. Binanı alov bürüyüb. Hadisə yerində mülki müdafiə bölmələri işləyir, yanğını söndürməyə və içəridəki insanları xilas etməyə çalışır.

Digər xəbərlər