ABŞ-nin Arizona ştatının şərqindəki Greer bölgəsində mayın 13-də başlayan meşə yanğınlarında 8 min 265 hektar ərazi yanıb.
Operativ Media xəbər verir ki, bu barədə Arizona Meşə və Yanğın İdarəsi "X" hesabında məlumat verib.
Açıqlamada yanğınların söndürülməsi üçün 700-dən çox canlı qüvvənin ayrıldığı və yanğından zərər çəkmiş ərazinin 38 faizinin nəzarət altına alındığı vurğulanıb.
Qeyd olunub ki, səlahiyyətlilər yanğınların səbəbləri ilə bağlı araşdırmalarını davam etdirirlər.






