Bərdə Dövlət Peşə Təhsil Mərkəzinin 2024-cü il məzunu Toğrul “Elektrik avadanlıqlarının quraşdırılması və istismarı” ixtisası üzrə peşə təhsilini uğurla başa vuraraq ixtisaslı kadr kimi əmək fəaliyyətinə başlayıb. O, hazırda Ağdam Sənaye Parkında İşarəvermə, Mərkəzləşdirmə və Bloklama üzrə elektrik kimi çalışır.
Toğrulun peşə bacarıqları bu gün Qarabağın dirçəlişi və yenidən qurulması istiqamətində həyata keçirilən mühüm layihələrdə istifadə olunur. Onun fəaliyyəti həm şəxsi inkişafın, həm də ölkə üçün strateji əhəmiyyət daşıyan bölgələrin bərpasında peşə təhsilinin rolunu göstərən nümunədir.
Bu uğur hekayəsi göstərir ki, peşə təhsili yalnız bir ixtisas qazandırmır, həm də cəmiyyətə, xüsusilə Qarabağ kimi əhəmiyyətli bölgələrə töhfə vermək imkanı yaradır. Sən də peşə seç, bacarıqlar əldə et və ölkənin inkişafında öz payını ver.