Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 dekabr 2020-ci il tarixli 501 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi Şərtləri və Qaydası”na əsasən imtiyazlı şəxslər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən növbəlilik qaydasında pulsuz avtomobil ilə təmin edilirlər.
Operativ Media həmin şəxsləri təqdim edir:
Belə ki, qeyd edilən Qaydanın 3.1-ci maddəsində Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1.5.2-ci maddəsinə əsasən xüsusi səbəblərdən əlilliyi müəyyən olunur:
- Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə;
- 1990-cı ilin 20 Yanvar hadisələri ilə, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə;
- Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar, həmçinin Çernobıl AES-də qəzanın ləğvi ilə əlilliyi müəyyən olunmuş şəxslərin reabilitasiya vasitəsi olaraq minik avtomobili ilə təmin edilmələri nəzərdə tutulmuşdur;