Fransanın sabiq prezidenti (2007–2012) Nikola Sarkozi 2007-ci il seçki kampaniyasının Liviyanın maliyyələşdirdiyi iddiası ilə 5 il müddətinə azadlıqdan məhrum edilib. O, cəzasını Sante həbsxanasında təkadamlıq kamerada çəkəcək.
Operativ Media xəbər verir ki, bu barədə BFMTV mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, Parisdə yerləşən həbsxana xüsusi təhlükəsizlik tədbirləri tələb olunan məhbusların saxlanması üçün nəzərdə tutulmuş bölməyə malikdir. Sarkozi yaşı (70) və yüksək ictimai statusu səbəbindən oktyabrın 21-də həmin bölməyə yerləşdiriləcək.
Qeyd edək ki, Sarkozi sentyabrın 25-də Liviyanın seçki kampaniyasını maliyyələşdirməsi işi üzrə cinayətkar qruplaşmada iştirakda təqsirli bilinib, lakin dövlət vəsaitlərinin mənimsənilməsini gizlətmək və passiv korrupsiya ittihamları üzrə bəraət alıb.