Türkiyə XİN: Əfqanıstan və Pakistan arasında sülh səylərini dəstəkləməyə davam edəcəyik

Operativ Media
Türkiyə XİN: Əfqanıstan və Pakistan arasında sülh səylərini dəstəkləməyə davam edəcəyik

Türkiyə Əfqanıstan və Pakistan arasında əldə edilmiş atəşkəsi məmnunluqla qarşılayır.

Operativ Media  xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin bəyanatında bildirilib.

“Türkiyə və Qətərin vasitəçiliyi ilə Dohada keçirilən danışıqlarda Əfqanıstan və Pakistan arasında sülh və sabitliyin möhkəmləndirilməsi məqsədilə atəşkəsin təmin olunması və bununla bağlı mexanizmlərin yaradılması qərarını alqışlayırıq. Bu danışıqlara ev sahibliyi edən Qətərin səylərini yüksək qiymətləndiririk. Türkiyə iki qardaş ölkə və region üçün davamlı sülh və sabitliyin təmin edilməsi istiqamətində göstərilən səyləri dəstəkləməyə davam edəcək”, – deyə bəyanatda vurğulanır.

Digər xəbərlər