Abdullah Zubir Mahir Emrelini keçdi

Əziz Əzizli
Abdullah Zubir Mahir Emrelini keçdi

Azərbaycan Premyer Liqasının VIII turu Abdullah Zubir üçün əlamətdar olub.

Operativ Media “Qarabağ”ın fransalı legioneri Premyer Liqada 50-ci qolunu vurub. O, “Turan Tovuz”la səfər oyununda (2:1) fərqlənib.

Zubir çempionatdakı 193-cü matçında 50-yə çatıb. Bütün qollarını Ağdam klubunda vuran yarımmüdafiəçi ölkə çempionatının yüksək dəstəsində 50 və daha çox qol vuran 42-ci futbolçu olub.

1 Nazim Əliyev 183

2 Müşfiq Hüseynov 125

3 Rövşən Əhmədov 116

4-5 Qurban Qurbanov 115

  Samir Ələkbərov 115

6 Alay Bəhramov 108

7 Nadir Nəbiyev 103

8-9 Xaqani Məmmədov 102

  Vadim Vasilyev 102

10 Kənan Kərimov 101

11 Musa Qurbanov 94

12 Fazil Pərvərov 89

13 Samir Musayev 88

14-15 Fərrux İsmayılov 85

  İmamyar Süleymanov 85

16 Samir Əliyev 84

17 İsmayıl Məmmədov 76

18 İlham Məmmədov 74

19 Azər İsayev 73

20 Paşa Əliyev 72

21 Badri Kvaratsxeliya 71

22 Zaur Ramazanov 70

23 Filip Ozobiç 67

24 Yunis Hüseynov 66

25-26 Vidadi Rzayev 65

  Mahir Əliyev 65

27 Rauf Əliyev 63

28-30 Mahmud Qurbanov 61

  Ramiz Məmmədov 61

  Georgi Adamiya 61

31 Mahir Emreli 59

32 Rəşad Abdullayev 58

33 Davit Volkov 56

34 Vaqif Cavadov 53

35 Amil Yunanov 52

36-37 Riçard Almeyda 51

  Həsən Abdullayev 51

38-42 Viktor İqbekoyi 50

  Vüqar Qəmbərov 50

  Mehman Baxışov 50

  Yalçın Bağırov 50

  Abdullah Zubir 50

Zubir həm də “Qarabağ”ın heyətində ümumilikdə 72-ci qolunu vurub. Bütün turnirlərdə 325 matça çıxan fransalı klub tarixinin bombardirləri siyahısında 2-ci yerə yüksəlib. O, 71 qol vuran Mahir Emrelini arxada qoyub. Zubir yalnız 159 qolun müəllifi olan Müşfiq Hüseynovdan geri qalıb.

Digər xəbərlər