Xəbər verdiyimiz kimi, Türkiyənin AJET şirkəti Gəncədən və Naxçıvandan İstanbula uçuşlara başlayıb.
Operativ Media yeni reyslərin qiymətlərini araşdırıb.
Belə ki, AJET vasitəsilə bu ay Naxçıvandan İstanbula bilet qiyməti 123 AZN-dən başlayır.
Gəncədən İstanbula isə iyun ayında 1 nəfər üçün gediş 156 AZN təşkil edir.
Gəncədən uçduqda, təyyarə əvvəlcə Naxçıvana enir və bir qədər sonra yola düşür (Uçuş saatı 4 saat 45 dəqiqə çəkəcək). Naxçıvandan isə reys birbaşa həyata keçirilir (Uçuş saatı 2 saat 45 dəqiqə çəkəcək).
Qeyd edək ki, oxşar tarixlər üçün AZAL Bakıdan İstanbula 185-225 AZN-ə bilet təklif edir.