Bakıda mollarda parkinq qiymətləri artıb

Əsəd Abbaslı
Bakıda mollarda parkinq qiymətləri artıb

Bakıda bir sıra mollarda parklanma qiyməti bahalaşıb.

Operativ Media xəbər verir ki, bir müddətdir "28 Mall", "Gənclik Mall"da parklanma 0-1 saat üçün 2 AZN təşkil edir.

Bu vaxta qədər həmin məbləğ 1 AZN idi.

Molların parkinqində yeni parklanma qiymətləri belədir:

0 saat - 1 saat 2 AZN

1 saat - 2 saat 3 AZN

2 saat - 3 saat 6 AZN

3 saat - 5 saat 8 AZN

5 saat - 7 saat 12 AZN

7 saat - 24 saat 20 AZN

Qeyd edək ki, ilk 15 dəqiqə parklanma pulsuzdur.

Digər xəbərlər