Avstriyada məktəbdə atışma nəticəsində ölənlərin sayı 11-ə çatıb.
Operativ Media xəbər verir ki, bu barədə "Auf1" məlumat yayıb.
***
13:36
Avstriyanın Qrats şəhərindəki məktəblərdən birində baş verən atışma nəticəsində ölənlərin sayı səkkiz nəfərə çatıb.
Operativ Media xəbər verir ki, bu barədə “Kronen Zeitung” qəzeti yazıb.
Şübhəli şəxs ölü vəziyyətdə tapılıb.
***
13:26
Avstriyanın Qrats şəhərindəki məktəblərdən birində baş verən atışma nəticəsində beş nəfər həlak olub.
Operativ Media-nın məlumatına görə, bu barədə "Kronen Zeitung" qəzeti yazıb.
Hücum edən şəxs zərərsizləşdirilib.
Bildirilib ki, əməliyyatda bir neçə polis bölməsi və “Cobra” xüsusi təyinatlı dəstəsi iştirak edib.