Baş Prokurorluqda yeni təyinatlar olub

Nərmin Qocamanlı
Baş Prokurorluqda yeni təyinatlar olub

Baş prokuror Kamran Əliyevin müvafiq əmrləri ilə Fərid Nağıyev Bakı şəhər prokurorunun müavini vəzifəsinə təyin edilib.

"Operativ Media" xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat Xidməti məlumat yayıb.

Qeyd olunub ki, Mehman Hümmətov Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq idarəsinin rəisi vəzifəsinə, Nazim Rəşidov isə Baş Prokurorluğun İstintaq idarəsinin rəis müavini vəzifəsinə təyin edilib.

Digər xəbərlər