Hindistanın "Air India" təyyarəsinin qəzaya uğramasının səbəbləri ilə bağlı yeni versiya açıqlayıb. Bildirilir ki, qəzanın əsas səbəbi hər iki mühərrikin nasazlığı ola bilər.
Operativ Media xəbər verir ki, bu barədə "News18" telekanalı mənbələrə istinadla məlumat yayıb.
Mənbənin sözlərinə görə, mühərriklər sıradan çıxan kimi pilot dərhal hava hərəkəti dispetçerlərinə qəza siqnalı göndərib.
Lakin hələlik yekun nəticə çıxarmaq üçün tez olduğu vurğulanır. Hazırda qəzanın səbəbləri ilə bağlı araşdırmalar davam edir.
Əvvəlki ehtimallara görə, qəzanın baş verməsində pilot xətası və ya quşlarla toqquşma da mümkün səbəblər arasında göstərilirdi.
Xatırladaq ki, iyunun 12-də Hindistana aid qəzaya uğrayan təyyarədə 242 nəfər olub, onlardan yalnız biri – 11A oturacaqda oturan sərnişin sağ qalıb. Təyyarə yataqxana binasına çırpılıb.
16:48
Hindistanın qərbində sərnişin təyyarəsinin qəzaya uğramasına quş sürüsü ilə toqquşma səbəb olub.
Operativ Media xəbər verir ki, bu barədə NDTV telekanalı aviasiya mütəxəssislərinə istinadən məlumat yayıb.
Onların fikrincə, quşlarla toqquşma təyyarənin qalxma sürətinin azalmasına səbəb olub.
Qeyd edək ki, qəza nəticəsində təyyarədə olan 242 nəfərin hamısı həlak olub.