“Qarabağ” Çempionlar Liqasında top alma göstəricisinə görə ikinci pillədədir

Operativ Media
“Qarabağ” Çempionlar Liqasında top alma göstəricisinə görə ikinci pillədədir

“Qarabağ” klubu UEFA Çempionlar Liqasının əsas mərhələsinin ilk üç oyununda rəqiblərdən top almağa görə ikinci pillədə qərarlaşıb.

Operativ Media  xəbər verir ki, Azərbaycan təmsilçisinin futbolçuları həmin matçlarda 150 dəfə buna nail olublar.

Belçikanın “Yunion” (154) komandası bu nominasiyada birincidir. İspaniya təmsilçisi “Atletik” (146) isə üçüncüdür.

Qeyd edək ki, “Qarabağ” ötən gün səfərdə “Atletik”ə uduzub – 1:3. Komanda daha əvvəl Portuqaliyada “Benfika”ya (3:2), Bakıda isə Danimarkanın “Kopenhagen” kollektivinə (2:0) qalib gəlib.

Digər xəbərlər