Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə iki nəfər şəhər sakininə qarşı dələduzluq etməkdə şübhəli bilinən Günalp Abdullayev saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Operativ Media-ya verilən məlumata görə, həmin şəxsin zərərçəkənlərin etibarından istifadə edərək, onlarla şərikli iş quracağı barədə yalan vədlər verdiyi və ümumilikdə 87000 manatı dələduzluq yolu ilə ələ keçirdiyi müəyyən edilib.
Faktla bağlı Şirvan ŞPŞ-də cinayət işi açılıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.
G.Abdullayevin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə polisə məlumat verə bilərlər.
XƏBƏR LENTİ
İş qurmaq adı ilə 87 min manatlıq dələduzluq edən şəxs saxlanılıb
Müəllif: Operativ Media•

Digər xəbərlər
Növbəti xəbər yüklənir...
Seçilmiş xəbərlər
İş qurmaq adı ilə 87 min manatlıq dələduzluq edən şəxs saxlanılıb
Operativ Media•