Ayxan Hacızadə: 41 nəfər Azərbaycan vətəndaşı İrandan təxliyə edilib

Nərmin Qocamanlı
Ayxan Hacızadə: 41 nəfər Azərbaycan vətəndaşı İrandan təxliyə edilib

İran İslam Respublikasındakı Səfirliyimiz və Təbriz şəhərindəki Baş Konsulluğumuz, habelə İsrail Dövlətindəki Səfirliyimiz Azərbaycan Respublikası vətəndaşları tərəfindən qaynar xəttlərə daxil olan müraciətləri müvafiq olaraq nəzərdən keçirir və zəruri tədbirlər görür.

Operativ Media xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə bildirib.

Onun sözlərinə görə, bununla əlaqədar, ilkin olaraq İran İslam Respublikasındakı Səfirliyimizin əməkdaşlarının ailə üzvləri də daxil olmaqla ümumilikdə 41 nəfər Azərbaycan vətəndaşının İran-Azərbaycan sərhəddindən keçidi təmin olunmuşdur.

Səfirliklərimiz və müvafiq konsulluğumuz fəaliyyətlərini davam etdirir.

Digər xəbərlər