Azərbaycanın müdafiə naziri Belarusa rəsmi səfər edib - YENİLƏNİB

Əsəd Abbaslı
Azərbaycanın müdafiə naziri Belarusa rəsmi səfər edib - YENİLƏNİB

İyunun 16-da Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik ZakirHəsənov Belarus Respublikasının müdafiə naziri general-leytenant Viktor Xreninin dəvəti ilə bu ölkəyə rəsmi səfər edib.

Operativ Media xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Minsk Milli Aeroportunda general-polkovnik Z.Həsənovu belaruslu həmkarı qarşılayıb.

Azərbaycan müdafiə nazirinin səfər çərçivəsində Belarus hərbi rəhbərliyi ilə bir sıra görüşləri, eləcə də bir neçə hərbi hissələrə səfəri nəzərdə tutulub.

21:36

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Belarusa rəsmi səfər edib.

Operativ Media-nın məlumatına görə, onu ölkənin müdafiə naziri general-leytenant Viktor Xrenin qarşılayıb.

Səfər çərçivəsində Azərbaycan hərbi nümayəndə heyətinin rəhbəri ilə Belarusun siyasi və hərbi rəhbərliyi arasında bir sıra görüşlər, ölkədəki hərbi hissələrə, müdafiə sahəsi müəssisələrinə səfərlər nəzərdə tutulub.

Digər xəbərlər