Prokurorluq "Əqrəb Mövsümü"nün aktyorlarını təltif etdi

Nərmin Qocamanlı
Prokurorluq "Əqrəb Mövsümü"nün aktyorlarını təltif etdi

Fevralın 15-də Baş Prokurorluqda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 29 sentyabr 2022-ci il tarixli sərəncamı ilə 2023-cü ilin ölkəmizdə “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı Azərbaycan Prokurorluğu üzrə təsdiq edilmiş Tədbirlər Planına uyğun olaraq keçirilmiş “İlin ən yaxşı müstəntiqi” və “İlin ən yaxşı dövlət ittihamçısı” müsabiqələrinin qaliblərinə, həmçinin “Prokurorluğun dostu” təltifinə layiq görülmüş media qurumlarının nümayəndələrinə mükafatların təqdim olunması ilə bağlı tədbir keçirilib.

"Operativ Media" xəbər verir ki, mərasim çərçivəsində, həmçinin, “İctimai” televiziyada yayımlanmaqla geniş tamaşaçı kütləsinin böyük marağına səbəb olmuş “Əqrəb mövsümü” çoxseriyalı bədii filminin yaradıcı heyəti və aktyorları təltif ediliblər.

Tədbirdə çıxış edən İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru Balakişi Qasımov Baş Prokurorluğun dəstəyi ilə ərsəyə gəlmiş “Əqrəb mövsümü”nün sosial şəbəkələrdə müzakirələrə səbəb olmasından və izləyicilərin rəğbətindən məmnunluğunu bildirməklə filmin son günlər televiziya məkanında ən çox izlənən seriallar sırasında olmasını qeyd etmişdir.

Bildirilib ki, serialda çətin və şərəfli prokurorluq peşəsinin incə məqamlarının göstərilməsi ictimaiyyətin böyük marağına səbəb olub. Gənclərin zərərli vərdişlərdən çəkinməsi və ümumilikdə cəmiyyətin hüquqi maariflənməsi baxımından bu kimi layihələrin gələcəkdə davam etdirilməsi üçün qarşılıqlı əməkdaşlığın əhəmiyyəti vurğulanmışdır.

Şəkil Qalereyası

Prokurorluq "Əqrəb Mövsümü"nün aktyorlarını təltif etdi - Şəkil 1
Prokurorluq "Əqrəb Mövsümü"nün aktyorlarını təltif etdi - Şəkil 2

Digər xəbərlər