“Bakubus” avtobusu qəzaya uğrayıb, yaralılar var - VİDEO

Nərmin Qocamanlı
“Bakubus” avtobusu qəzaya uğrayıb, yaralılar var - VİDEO

Bakıda marşrut avtobusu qəzaya düşüb.

Operativ Media xəbər verir ki, hadisə paytaxtın Xətai rayonu ərazisində, Əhmədlidə baş verib.

“Bakubus” MMC-yə məxsus “BYD” markalı avtobus idarəetmədən çıxaraq səkiyə və ağaca çırpılıb.

İlkin məlumata görə, hadisə yerinə bir neçə təcili yardım maşını gəlib. Xəsarət alanların olduğu deyilir.

(Bakuplus.az)

Digər xəbərlər