Tovuzda qidadan zəhərlənən digər şəxslərin adları məlum olub.
Operativ Media xəbər verir ki, onlar 2012-ci il təvəllüdlü Qədir Yusofov, 1997-ci il təvəllüdlü Səbinə Muradova, 1987-ci il təvəllüdlü Şəhanə İsmayılova, 2015-ci il təvəllüdlü Dilək Musayeva, 2005-ci il təvəllüdlü Nurəddin Məmmədov, 1991-ci il təvəllüdlü Suqra Abdullayeva, 2009-cu il təvəllüdlü Təhminə Məmmədova və 2008-ci il təvəllüdlü Məmmədəli Hacıyevdir.
Qeyd edək ki, zəhərlənənlərin sayı 26 nəfərə çatıb.
19:13
Bu gün saat 16:55 radələrindən başlayaraq 14 nəfər (7-si kişi, 7-si qadın cinsli olmaqla) zəhərlənmə şübhəsilə Tovuz Rayon Mərkəzi Xəstəxanasının Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə hospitalizasiya edilib.
Bu barədə Operativ Media-ya TƏBİB-dən bildirilib.
Qeyd edilib ki, onların hər birinə zəruri tibbi xidmətlər göstərilib və vəziyyətləri orta-ağır qiymətləndirilib.
Hazırda onların müalicəsi tibb müəssisəsinin Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsində davam etdirilir.






