Xəzər rayonu, Binə qəsəbəsində 20 yaşlı qız itkin düşüb - FOTO

Nərmin Qocamanlı
Xəzər rayonu, Binə qəsəbəsində 20 yaşlı qız itkin düşüb - FOTO

Xəzər rayonu, Binə qəsəbəsində yaşayan N.İsmayılov Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinə ərizə ilə müraciət edərək bildirib ki, 24.01.2023-cü il tarixində saat 14:00 radələrində qızı 2003-cü il təvəllüdlü Əfsanənin yaşadığı evdən çıxıb naməlum istiqamətə gedərək qayıtmayıb.

İtkin düşən şəxsin əlamətləri: boyu 160 sm, gözlərinin rəngi qəhvəyi, saçları qara. Əfsanə evdən çıxan zaman əynində qara rəngli gödəkçə, qara cins və qara idman ayaqqabısı olub. Bu şəxs barəsində hər hansı bir məlumatı olan şəxslərin Xəzər  Rayon Polis Şöbəsinin 3-cü Polis Şöbəsinə - 055-211-81-74, 051-571-03-11, 050-257-55-55 012-590-72-03 və 012-456-03-02 telefon nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur.
 
 
 

Şəkil Qalereyası

Xəzər rayonu, Binə qəsəbəsində 20 yaşlı qız itkin düşüb - FOTO - Şəkil 1
Xəzər rayonu, Binə qəsəbəsində 20 yaşlı qız itkin düşüb - FOTO - Şəkil 2

Digər xəbərlər