"Real Madrid"i favorit sayıram"

Əziz Əzizli
"Real Madrid"i favorit sayıram"

 Luka Modric Çempionlar Liqasının 1/8 finalı çərçivəsində "Liverpul"`a qarşı sabahkı oyundan əvvəl fikirlərini bölüşüb.

 "Operativ Media" xəbər verir ki, futbolçu müsahibəsində "Real Madrid"i favorit saydığını açıqlayıb.

"Luverpul"un Premyer Liqada 1-ci pillədən bu qədər uzaq olması məni həqiqətən də təəccübləndirdi. Ancaq eyni şeyi onlar da bizim La Liqa`dakı vəziyyətimiz haqda söyləyə bilərlər. Buna görə də heç nə deməyəcəyəm"

"Liverpul" - "Real Madrid" futbol dünyasının təklif edə biləcəyi ən yaxşı qarşıdurmalardan biridir. Təəssüf ki, püşk erkən mərhələdə bir-birimizlə oynamağımıza səbəb oldu. Əla final alına bilərdi.

Müdafiə xəttinin həlledici rol oynaya biləcəyini düşünürəm. İlk matçda çoxlu qolun vurulacağına inanmıram. Yəqin ki, iki bərabərsəviyyəli görüş izləyəcəyik. Amma "Real Madrid"i favorit sayıram. "Anfild"ə qələbə ardınca yollanacağıq". 

Digər xəbərlər