"Araz-Naxçıvan"ın ev oyunlarını keçirdiyi “Liv Bona Dea Arena” noyabrın 30-dək əsaslı təmirə bağlanıb.
Operativ Media xəbər verir ki, bununla əlaqədar olaraq, Azərbaycan Premyer Liqasının IX turunun “Araz-Naxçıvan” – “Sabah” oyunu “Bank Respublika Arena”da, XI turun “Araz-Naxçıvan” – “Karvan-Yevlax” və XII turunun “Araz-Naxçıvan” – “Turan Tovuz” oyunları isə Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək.
Qeyd edək ki, oyunların tarix və başlama vaxtlarında dəyişiklik yoxdur.