Menyu

Malayziyada Braziliya və ABŞ prezidentləri arasında ikitərəfli görüş keçiriləcək

Şəfa Hüseynli
Malayziyada Braziliya və ABŞ prezidentləri arasında ikitərəfli görüş keçiriləcək
1 dəq oxu

Braziliya və ABŞ Prezidentləri Luiz İnasio Lula da Silva və Donald Tramp oktyabrın 26-da Malayziyada ikitərəfli görüş keçirəcəklər.

Operativ Media xəbər verir ki, bu barədə "O Globo" qəzeti məlumat yayıb.

Bildirilib ki, görüş Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyasının (ASEAN) sammitinin açılış günündə baş tutacaq.

Trampla danışıqlardan sonra Braziliya Prezidentinin Hindistanın Baş naziri Narendra Modi ilə ikitərəfli görüşü planlaşdırılıb.

Əlaqəli Xəbərlər