"Qarabağ"ın əsas üzvü "Gent"lə oyunu buraxacaq

Əziz Əzizli
"Qarabağ"ın əsas üzvü "Gent"lə oyunu buraxacaq

UEFA Avropa Konfrans Liqasının pley-off mərhələsində “Gent”lə oyunda zədələnmiş Marko Yankoviç həkim müayinəsindən keçib.

"Operativ Media" xəbər verir ki, müayinənin nəticəsinə görə, futbolçunun sol baldır əzələsində 2-ci dərəcəli yırtılma aşkar edilib.

Həkimlərin rəyinə əsasən, Marko Yankoviç zədə səbəbindən 4 həftə yaşıl meydanlardan kənar qalacaq.

Digər xəbərlər