"Qarabağ"ın futbolçusu "Belçika" klubuna keçə bilər

Əziz Əzizli
"Qarabağ"ın futbolçusu "Belçika" klubuna keçə bilər

"Qarabağ" klubunun sol cinah müdafiəçisi Elvin Cəfərquliyev karyerasını "Belçika"da davam etdirə bilər.

"Operativ Media" xəbər verir ki, Belçika mətbuatının iddiasına görə "Anderlext" klubu Elvin Cəfərquliyevi transfer etmək istəyir. "Gent"lə oyunda  futbolçunu izləməsi üçün skaut göndərməyi planlaşdırır.

Qeyd edək ki, Elvin Cəfərquliyev bu mövsüm meydana çıxdığı 32 oyunda 2 qol vurub, 6 qolun ötürməsini verib.

Digər xəbərlər