"Xankəndi" Futbol Klubu ev oyunlarını Xankəndidə keçirəcək
“Xankəndi” Futbol Klubu ev oyunlarını bundan sonra Xankəndi Şəhər Stadionunda keçirəcək.
Operativ Media xəbər verir ki, bununla bağlı klub ilə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi arasında müvafiq müqavilə imzalanıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
"Bu qərar klubun inkişafında mühüm mərhələ olmaqla yanaşı, Xankəndidə idman həyatının daha da canlanmasına töhfə verəcək. Doğma stadionda keçiriləcək oyunlar həm azarkeşlər, həm də şəhər sakinləri üçün futbol bayramına çevriləcək.
İnanırıq ki, yaxın zamanda Xankəndi Şəhər Stadionunun tribunaları yenidən futbolsevərlərlə dolacaq, şəhərdə futbol ənənələri daha da güclənəcək və “Xankəndi” Futbol Klubu öz azarkeşləri ilə birlikdə yeni uğurlara imza atacaq", - deyə məumatda qeyd edilib.