Menyu

Deputat: Azərbaycan Mərkəzi Asiyada etibarlı strateji tərəfdaş kimi mövqeyini möhkəmləndirir

Ayşən Sadıxzadə
Deputat: Azərbaycan Mərkəzi Asiyada etibarlı strateji tərəfdaş kimi mövqeyini möhkəmləndirir

Azərbaycan–Mərkəzi Asiya əməkdaşlığı yalnız ikitərəfli münasibətlər deyil, Avrasiyanın yeni geosiyasi və geoiqtisadi arxitekturasının əsas sütunlarından birinə çevrilir. Bu prosesin mərkəzində Prezident İlham Əliyevin milli maraqlara söykənən, uzaqgörən, balanslaşdırılmış və təşəbbüskar xarici siyasət strategiyası dayanır. Məhz bu strategiya sayəsində Azərbaycan Mərkəzi Asiyanın bütün dövlətləri ilə münasibətlərini strateji tərəfdaşlıq səviyyəsinə qaldırıb, Qazaxıstan və Özbəkistanıa isə münasibətlər həmçinin müttəfiqlik səviyyəsinə yüksəldilib. Qırğızıstanla da müttəfiqlik münasibətlərinin rəsmiləşdirilməsi Prezident İlham Əliyevin Qırğızıstana gözlənilən səfəri çərçivəsində planlaşdırılır.

Bu sözləri Operativ Media-ya deputat, siyasi elmlər doktoru Rizvan Nəbiyev deyib.

O bildirib ki, Azərbaycan Mərkəzi Asiya ölkələri üçün etibarlı siyasi tərəfdaş, vacib tranzit mərkəzi, investisiya platforması və Türk dünyasının inteqrasiyasını sürətləndirən aparıcı aktor kimi qəbul edilir. Qazaxıstan, Özbəkistan, Qırğızıstan mediasında bu yanaşma həmçinin Azərbaycanın regional liderlik mövqeyinin mühüm göstəricisi kimi dəyərləndirilir:

Xüsusilə tarixi Qarabağ Zəfərindən sonra Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığının sürətlə inkişaf etməsi bütün iştirakçı dövlətlərin düşünülmüş strateji kursudur. Bu dinamikanın özəyində isə həm Prezident İlham Əliyevin ardıcıl və praqmatik xarici siyasət strategiyası, həm də dəyişən geosiyasi reallıqlar dayanır. 

Azərbaycan ilə Mərkəzi Asiya dövlətləri arasında formalaşmış yüksək səviyyəli siyasi dialoq və qarşılıqlı etimad Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşləri çərçivəsində daha aydın şəkildə öz təsdiqini tapır. Prezident İlham Əliyevin 2023-cü ilin sentyabrında Düşənbədə, 2024-cü ilin avqustunda isə Astanada keçirilən sammitlərdə xüsusi qonaq qismində iştirakı Azərbaycanın regionun geosiyasi gündəliyində artan rolunun, həmçinin Mərkəzi Asiya ilə strateji tərəfdaşlığının beynəlxalq səviyyədə yüksək qiymətləndirilməsinin göstəricisi olub.

Bu proses 2025-ci il noyabrın 16-da Daşkənddə keçirilən VII Məşvərət Görüşündə yeni mərhələyə qədəm qoydu. Həmin toplantıda Azərbaycanın bu platformada tamhüquqlu iştirakına dair qəbul edilən tarixi qərar ölkəmizin Mərkəzi Asiya ilə münasibətlərində institusional əsasları daha da möhkəmləndirdi. Bununla da Azərbaycan regionun siyasi, iqtisadi və təhlükəsizlik gündəliyinin formalaşdırılmasında daha fəal iştirak edən tərəfdaşa çevrildi, nəqliyyat-logistika, enerji, ticarət və regional təhlükəsizlik istiqamətlərində əməkdaşlıq üçün yeni imkanlar açıldı. Bu qərar, eyni zamanda, Azərbaycanın Avrasiyanın yeni geostrateji məkanında əsas aktorlardan biri kimi mövqeyinin daha da möhkəmləndiyini nümayiş etdirdi.

Əməkdaşlığın intensivləşməsini şərtləndirən əsas amilləri belə qruplaşdırmaq olar:

1.Prezident İlham Əliyevin uzaqgörən xarici siyasət strategiyası. Azərbaycanın milli maraqlara əsaslanan, balanslaşdırılmış, çoxvektorlu və praqmatik diplomatiyası Mərkəzi Asiyanı, ayrı-ayrı üzv dövlətlərli xarici siyasətin əsas prioritet istiqamətlərindən birinə çevirib. Prezident İlham Əliyevin son illərdə Qazaxıstan, Özbəkistan, Qırğızıstan və digər region ölkələrinə intensiv səfərləri, ümumilikdə 15-ci səfər Bişkekə gözlənilir, eyni zamanda bu dövlət başçılarının Azərbaycana çoxsaylı səfərləri, ümumilikdə 23 səfər, yüksək siyasi etimad mühiti formalaşdırıb. Prezident Əliyevin qeyd etdiyi kimi, Azərbaycan və Mərkəzi Asiya "vahid tarixi, mədəni və geosiyasi məkanı" təmsil edir. 

2.Yeni geosiyasi reallıqlar. 

Rusiya-Ukrayna müharibəsi, Yaxın Şərqdəki hərbi əməliyyatlar Avrasiya nəqliyyat və logistika xəritəsinin dəyişməsinə, Orta Dəhlizin əhəmiyyətinin kəskin artırmasına təsir etdi. Azərbaycan Xəzər dənizi vasitəsilə Mərkəzi Asiyanı Türkiyə, Aralıq dənizi məkanı və Avropa bazarlarına birləşdirən əsas tranzit və logistika mərkəzinə çevrilməkdədir. Bu amil həm ikitərəfli, həm çoxtərəfli əməkdaşlıq formatlarında xüsusi ilə nəzərə alınır.

3.Orta Dəhliz və nəqliyyat diplomatiyası. 

İqtisadi inteqrasiyanı tamamlayan nəqliyyat-logistika sektoru da sürətlə inkişaf edir. Tərəflər “Şərq-Qərb” Beynəlxalq Nəqliyyat Dəhlizi, Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu-Orta Dəhliz və “Çin–Qırğızıstan–Özbəkistan–Türkmənistan–Azərbaycan–Gürcüstan–Avropa” multimodal marşrutu üzrə yükdaşımaları təmin edirlər. Bakı-Tbilisi-Qars dəmir yolu, Ələt Beynəlxalq Dəniz Ticarət Limanı, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu-Orta Dəhliz və rəqəmsal infrastruktur layihələri region ölkələrinin iqtisadi maraqlarını birləşdirən əsas platformaya çevrilib. 

Yalnız son 5 ildə Orta Dəhliz vasitəsilə daşımaların 1 milyon tondan ötən il 4,5 milyon tona çatması bunu praktikada da təsdiqləyir. Prezident Əliyev bu layihələri yalnız iqtisadi deyil, həm də geosiyasi inteqrasiyanın mühüm elementi kimi təqdim edir. Zəngəzur dəhlizinin açılması ilə region ölkələrinin Türkiyə və Avropa bazarlarına çıxış imkanlarını daha da genişləndirəcək.

4.Birgə investisiya fondlarının yaradılması. 300 milyon ABŞ dolları dəyərində Azərbaycan-Qazaxıstan, 500 milyon ABŞ dolları dəyərində Azərbaycan-Özbəkistan və 100 milyon ABŞ dolları dəyərində Azərbaycan-Qırğızıstan Birgə İnvestisiya Fondlarının yaradılması münasibətləri siyasi dialoqdan iqtisadi tərəfdaşlıq mərhələsinə keçirib. Bu fondlar sənaye, kənd təsərrüfatı, logistika və yüksək texnologiyalar sahəsində birgə layihələrin maliyyələşdirilməsinə xidmət edir. 

5.Enerji və yaşıl enerji əməkdaşlığı, "Rəqəmsal ipək yolu"

Xəzər dənizi vasitəsilə yaşıl enerji ixracı, elektrik kabeli layihələri, bərpa olunan enerji və rəqəmsal bağlantılar Azərbaycanın Mərkəzi Asiya ilə əməkdaşlığına yeni strateji məzmun qazandırır. COP29 çərçivəsində Özbəkistan və Qazaxıstanla birgə irəli sürülən təşəbbüslər bu istiqaməti gücləndirib, artıq işlərin praktik icrasına başlanılıb. 2025-ci ilin iyul ayında "Yaşıl Dəhliz" birgə müəssisəsi yaradılıb. Bu müəssisə "Mərkəzi Asiya - Azərbaycan Yaşıl Enerji Dəhlizi" layihəsinin həyata keçirilməsinin əlaqələndirilməsinə məsuldur.

İdeya, Azərbaycan, Qazaxıstan və Özbəkistanın enerji  infrastrukturunun inteqrasiyasına əsaslanaraq Xəzər regionu  üçün vahid enerji şəbəkəsi yaratmaqdır. Gürcüstan vasitəsilə Avropa şəbəkələrinə çıxışı  təmin edən Bakı-Aktau sualtı kabelini çəkməyi hədəfləyən  Transxəzər Rəqəmsal İpək Yolu layihəsi xüsusi strateji əhəmiyyət  kəsb edir. Bu layihə ilk dəfə 2018-ci ildə Bakıda irəli sürülüb.

6.Türk Dövlətləri Təşkilatının gücləndirilməsii. Xüsusilə 2025-ci il Qəbələ sammiti Türk Dövlətləri Təşkilatının institusional inkişafı və əməkdaşlıq sahələriinin genişləndirilməsi baxımından vacib mərhələ hesab olunur.

Təşkilat artıq yalnız mədəni platforma deyil, 35 sshədə əməkdaşlığı özündə ehtiva etməklə TDT çoxtərəfli formatda iqtisadi, nəqliyyat, enerji və təhlükəsizlik əməkdaşlığının strateji mexanizminə çevrilir. 

Ümumilikdə formalaşan yeni regional əməkdaşlıq modelində Azərbaycanın iştirakı tarixi və strateji hadisədir. Türk dövlətləri də Azərbaycanı Cənubi Qafqazla Mərkəzi Asiya arasında "strateji körpü" adlandırır və iqtisadi inteqrasiyanın əsas iştirakçılarından biri kimi qiymətləndirirlər”.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər