Menyu

"Fulham" "Real Madrid"in hücumçusunu transfer edir

Operativ Media
"Fulham" "Real Madrid"in hücumçusunu transfer edir
1 dəq oxu

İngiltərənin "Fulham" klubu "Real Madrid"in hücumçusu Qonsalo Qarsiyanın keçidi ilə bağlı prinsipial anlaşma əldə edib.

​Operativ Media xəbər verir ki, bu barədə tanınmış insayder Fabrizio Romano məlumat yayıb.

Məlumata görə, London təmsilçisi 21 yaşlı ispaniyalı hücumçu üçün "kral klubu"na 40 milyon avro sabit təzminat ödəyəcək. Sözləşmədə, həmçinin 2 milyon avro məbləğində gələcək bonuslar da nəzərdə tutulub.

​Sazişin şərtlərinə əsasən, "Real Madrid" futbolçunun növbəti satışından 30 faiz pay alacaq. Bundan əlavə, Madrid klubu oyunçunun gələcəkdə başqa komandaya transferi zamanı təklif olunan məbləği ödəyərək onu geri almaq hüququna sahib olacaq.

​Keçidin baş tutmasında Alvaro Arbeloanın xüsusi rolu olduğu bildirilir.

Əlaqəli Xəbərlər