Menyu

"Sabah" - "Orhus" matçı portuqaliyalı hakimlərə tapşırıldı

Operativ Media
"Sabah" - "Orhus" matçı portuqaliyalı hakimlərə tapşırıldı
1 dəq oxu

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsi çərçivəsində baş tutacaq "Sabah" - "Orhus" (Danimarka)  matçının hakimləri müəyyənləşib.

Operativ Media  UEFA-ya istinadən xəbər verir ki, qarşılaşmanı Portuqaliyadan olan hakimlər briqadası idarə edəcək.

Baş hakim Juan Pineyruya, Lusiano Maria və Hüqo Markes kömək edəcək. Dördüncü hakim funksiyasını Fabio Verissimo yerinə yetirəcək.

Görüşün VAR hakimi Tyaqu Martins, AVAR hakimi isə Andre Narkiso olacaq.

J.Pineyru ABŞ, Kanada və Meksikada keçirilmiş DÇ-2026-da üç oyun idarə edib.

Qeyd edək ki, komandalar arasında ilk görüş avqustun 5-də Danimarkada, cavab matçı isə 11-də Bakıda baş tutacaq.

Əlaqəli Xəbərlər