Birinci yarımildə 73,4 milyon dollarlıq qənnadı məmulatları ixrac olunub
Operativ Media
Azərbaycan mənşəli qeyri-neft məhsullarının ixrac göstəriciləri üzrə statistikaya əsasən, 2026-cı ilin yanvar-iyun aylarında ölkədən 73,4 milyon ABŞ dolları dəyərində 115,8 min tondan çox şəkər və şəkərdən hazırlanan qənnadı məmulatları ixrac olunub.
Dövlət Gömrük Komitəsindən Operativ Media-ya verilən məlumata əsasən, bu, 2025-ci ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə dəyər ifadəsində 3,35 dəfə, həcm baxımından isə 3,82 dəfə çoxdur.
Ümumilikdə cari ilin ilk rübündə ölkədən dəyəri 1,885 milyard dollardan çox Azərbaycan mənşəli qeyri-neft məhsulu ixrac olunub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 21 faiz artım deməkdir. Bu qrup üzrə ümumi ixracda qənnadı məmulatlarının payı 3,89 faiz təşkil edib.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net