Menyu

Paşinyan "Tramp marşrutu"nun həyata keçirilməsinə mane ola biləcək amilləri müəyyən edib

Şəfa Hüseynli
Paşinyan "Tramp marşrutu"nun həyata keçirilməsinə mane ola biləcək amilləri müəyyən edib
1 dəq oxu

Ermənistanın Baş naziri Nikol Paşinyan Trampın Beynəlxalq Sülh və Rifah Marşrutu (TRIPP) layihəsinin həyata keçirilməsinə mane ola biləcək amilləri müəyyən edib.

Operativ Media xəbər verir ki, bu barədə o hökumət iclasından sonra keçirilən brifinqdə bildirib.

"Bu, region ölkələrini əhatə edən bir layihədir və təbii ki, regional qeyri-sabitlik mane olan amil ola bilər. Ümid edirəm ki, sabitlik mümkün qədər tez bərqərar olacaq və bütün bu konstruktiv layihələri həyata keçirə biləcəyik", - deyə o, brifinqdə bildirib.

Əlaqəli Xəbərlər