Menyu

Azərbaycan və Mərkəzi Asiya dövlət başçıları Çolpon-Atada məsləhətləşmə görüşündə iştirak edəcəklər

Şəfa Hüseynli
Azərbaycan və Mərkəzi Asiya dövlət başçıları Çolpon-Atada məsləhətləşmə görüşündə iştirak edəcəklər

30 iyul - 1 avqust tarixlərində Qırğızıstanda Azərbaycan və Mərkəzi Asiya dövlətləri başçılarının qeyri-rəsmi məsləhətləşmə görüşü keçiriləcək.

Operativ Media xəbər verir ki, bu barədə "Kabar" məlumat yayıb.

İclasda Qırğızıstan Prezidenti Sadır Japarov, Azərbaycan Prezidenti İlham Əliyev, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, Tacikistan Prezidenti Emoməli Rəhmon, Türkmənistan Prezidenti Serdar Berdiməhəmmədov və Özbəkistan Prezidenti Şavkat Mirziyoyev iştirak edəcəklər.

Dövlət başçıları ticarət, enerji, turizm sahələrində əməkdaşlığın gücləndirilməsi, nəqliyyat dəhlizlərinin genişləndirilməsi və regionda mədəni-humanitar əlaqələrin inkişaf etdirilməsi məsələlərini müzakirə edəcəklər.

Onlar həmçinin regional təhlükəsizlik və beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı fəaliyyətin aktual məsələləri barədə fikir mübadiləsi aparacaqlar.




Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər