CENTCOM SEPAH-ın ABŞ qırıcıları ilə bağlı iddialarını təkzib edib
ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) İordaniyadakı Əl-Əzraq aviabazasına hücum zamanı üç ABŞ-ın "F-35" qırıcısının məhv edilməsi barədə iddialarını təkzib edib.
Operativ Media xəbər verir ki, CENTCOM-un "X" hesabında yayılan bəyanatda İranın son hücumları zamanı ABŞ-yə məxsus heç bir təyyarənin məhv edilmədiyi və ya zədələnmədiyi bildirilib.
Komandanlıq qeyd edib ki, bütün raketlər və pilotsuz uçuş aparatları ya zərərsizləşdirilib, ya da hədəfə çatmayıb.
CENTCOM həmçinin SEPAH-ın Hörmüz boğazından keçən kommersiya gəmilərinə təhlükə ilə bağlı iddialarını da rədd edərək, əsl təhlükənin İran tərəfinin təhdid və hücum cəhdlərindən qaynaqlandığını vurğulayıb.
Bundan əlavə, "M/T Nora" neft tankerinin guya ABŞ blokadasını yardığı barədə məlumatların həqiqətə uyğun olmadığı bildirilib. ABŞ hərbçilərinin və hərbi gəmilərinin bölgədə təhlükəsizliyi təmin etməyə davam etdiyi qeyd olunub.