Menyu

"Neftçi" Konfrans Liqası ilə vidalaşdı

Operativ Media
"Neftçi" Konfrans Liqası ilə vidalaşdı
1 dəq oxu

"Neftçi” bu gün Konfrans Liqasında cavab oyununa çıxıb.

Operativ Media xəbər verir ki, səfərdə Belarusun “Dinamo” (Minsk) klubu ilə qarşılaşıb. Bolqarıstanın Stara Zaqora şəhərindəki “Beroe” stadionunda baş tutan matç “ağ-qaralar”ın minimal hesablı qələbəsi ilə başa çatıb – 1:0.

Paytaxt təmsilçisi görüşdə erkən qolla önə keçsə də, bu üstünlük mərhələ adlamaq üçün kifayət etməyib. Bakıda keçirilən ilk qarşılaşmada rəqibinə 2:4 hesabı ilə məğlub olan “Neftçi” iki oyunun nəticəsinə əsasən mübarizəni dayandırıb.

Əlaqəli Xəbərlər