Menyu

Sabahın havası açıqlanıb

Operativ Media
Sabahın havası açıqlanıb

Azərbaycanda avqustun 16-na gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Operativ Media-ya verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi proqnozlaşdırılır. Arabir güclənən şimal-qərb küləyi əsəcək.

Bildirilib ki, havanın temperaturu gecə 22-25, gündüz 29-32 dərəcə isti olacaq. Atmosfer təzyiqi norma daxilində - 760 millimetr civə sütunu, nisbi rütubət isə gecə 70-75, gündüz 55-60 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı ehtimalı var. Gecə və səhər bəzi dağlıq ərazilərdə arabir duman müşahidə ediləcək. Mülayim şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 21-25, gündüz 30-35, dağlarda gecə 12-17, gündüz 20-25 dərəcə isti olacaq.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər