FHN: Nardaranda azyaşlının ayağı su nasosunda sıxılı vəziyyətdə qalıb
Operativ Media
Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən “Sea breeze” istirahət mərkəzində hovuzda uşağın ayağının su nasosunda sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub.
Bu barədə Operativ Media-ya FHN Mətbuat xidmətindən bildirilib.
Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Xüsusi Riskli Xilasetmə və Dövlət Yanğından Mühafizə xidmətlərinin qüvvələri cəlb olunub.
Hazırda FHN qüvvələri tərəfindən əməliyyat davam etdirilir.
Əlavə məlumat veriləcək.
Genitor
İdeyanı yaz — dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma