“Səbail” PFK yoxlama oyununda qələbə qazanıb
Operativ Media
2026/2027-ci il mövsümü üçün hazırlığını Türkiyənin Bolu bölgəsində davam etdirən “Səbail” PFK qonşu ölkədə ilk yoxlama oyununu keçirib.
Operativ Media xəbər verir ki, Elnur Abdullayevin rəhbərlik etdiyi komanda Şimali Kipr Türk Respublikası təmsilçisi TOL klubu ilə üz-üzə gəlib. “Bolu Termal Hotel”in stadionunda baş tutan qarşılaşma komandamızın 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Oyunda yeganə qolu Rubin Seyidov vurub.
Qeyd edək ki, “Səbail” PFK Boluda növbəti yoxlama oyununu avqustun 19-da keçirəcək. Rəqib barəsində klubun sosial media hesablarında məlumat veriləcək.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net