İndoneziyada zəlzələ nəticəsində ölənlərin sayı 47-yə çatıb - YENİLƏNİB
İndoneziyanın Şərqi Nusa Tenqqara (NTT) əyalətində baş verən 7,7 bal gücündə zəlzələ nəticəsində həlak olanların sayı 47-yə yüksəlib.
Operativ Media xəbər verir ki, bu barədə “JPNN” məlumat yayıb.
Məlumata görə, təbii fəlakət nəticəsində 47 nəfər həyatını itirib.
Zəlzələ nəticəsində yüzlərlə evə ziyan dəydiyi bildirilir.
Hazırda aidiyyəti qurumların əməkdaşları zəlzələnin fəsadlarının qiymətləndirilməsi və zərərçəkənlərə yardım göstərilməsi istiqamətində işləri davam etdirirlər.
***
14:34
İndoneziyanın Flores adası yaxınlığında baş verən güclü zəlzələ nəticəsində həlak olanların sayı 38-ə yüksəlib.
Operativ Media xəbər verir ki, bu barədə “AFP” məlumat yayıb.
İndoneziya Milli Fəlakətlərin İdarə Olunması Agentliyinin rəhbəri Suharyanto bildirib ki, təbii fəlakət nəticəsində daha 13 nəfər yaralanıb.
Hazırda xilasedicilər dağıntılar altında qalan şəxslərin tapılması üçün axtarış-xilasetmə işlərini davam etdirirlər.İndoneziyada zəlzələ nəticəsində ölənlərin sayı 38-ə çatıb
dəqiqələr içində saytın olsun.